Sabirabadda yol qəzası olub.
Apa.аz xəbər verir ki, hadisə Sabirabad rayonunun Qaragüney kəndində baş verib.
BMW markalı avtomobil əvvəlcə hasara, daha sonra VAZ markalı avtomobilə çırpılıb. Nəticədə sürücü ölüb.
Faktla bağlı araşdırma aparılır.