Masallıda ağır tonnajlı yük avtomobili aşıb.
Cenublu.az xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralında qeydə alınıb.
Dağıstan Respublikasına aid olan TIR markalı yük avtomobili Astara istiqamətindən Bakı istiqamətinə hərəkətdə olarkən Masallı ərazisində aşıb. Həmin istiqamətdə yolun hərəkət hissəsində nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Polis əməkdaşları tərəfindən sürücülərin alternativ yolla hərəkəti istiqamətləndirilib.
Əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunub. Yük avtomobilinin yoldan götürülməsi istiqamətində işlər aparılıb. Görülən tədbirlər nəticəsində yük avtomolili yoldan götürülüb və yolda hərəkət bərpa olunub.
Qeyd edək ki, yük avtomobili İrandan Rusiya Federasiyasına tərəvəz məhsulları aparırdı.