Masallıda 1500 nəfər sakinin istifadə etdiyi yol bərbad vəziyyətdədir.
Cenublu.az xəbər verir ki, söhbət rayonun Təklə kəndindən gedir.
Sakinlərin sözlərinə görə, bu kənd yolu sanki Xəzər dənizini xatırladır. Onlar bildirirlər ki, bu yollardan keçmək üçün mütləq maneə keçmək lazımdır.
Təklə kənd bələdiyyə sədri qeyd edib ki, növbəti ilə kimi yolların asfaltlanması nəzərdə tutulub. Amma o vaxta kimi daxili imkanlar hesabına yollarda işlərin görülməsi planlaşdırılır.
Qeyd edək ki, Təklə kəndində 10000-ə yaxın əhali yaşayır. Onlardan 1500 sakin bu yoldan istifadə edir.
View this post on Instagram