Lənkəranda rabitə dirəkləri sakinlər üçün təhlükə yaradır.
Cenublu.az-ın verdiyi xəbərə görə, Lənkəran rayonunun Zövlə kəndində rabitə dirəklərinin hər an aşma təhlükəsi var.
Sakinlər deyir ki, sovet dövründən çəkilən rabitə xətləri, dirəklər “ömürlərini başa vurub”:
"Demək olar, hər gün onlarla kənd sakini dirəklərin altından keçir. Dirəklərdən biri onların üstünə aşsa, cavabdeh şəxslər kimlər olacaq? Həmişəki kimi qurumlar bir-birini günahlandıracaq. Amma ziyan vətəndaşa dəyəcək. Gözləyirlər ki, bədbəxt hadisə baş versin sonra əməli tədbirlərə keçsinlər?"
Bildirilib ki, sözügedən dirəklərlə bağlı tədbirlərin görülməsi üçün dəfələrlə aidiyyəti üzrə müraciət olunub. Amma heç bir nəticə yoxdur.