Lənkəran şəhərinin Şəhidlər Xiyabanı küçəsində əmələ gələn çuxurlar nəqliyyat vasitələrinə ciddi ziyan törədir. Bununla bağlı şəhər sakinləri Cenublu.az-a müraciət ediblər.
Onların sözlərinə görə, adıçəkilən yol ilə hərəkət edən avtomobillər bu acınacaqlı vəziyyətin nəticəsi olaraq sıradan çıxırlar.
“Maşınım çuxura düşdü və hər iki təkər deşildi. Avtomobili yolun ortasında tərk etməli oldum. Aidiyyəti qurumlardan xahiş edirik, problemi həll etsinlər” -deyə, sakinlərdən biri şikayət edib.
View this post on Instagram