Lənkəran rayonunun Ləj kəndində ciddi yol problemi yaşanır.
Sakinlərin Cenublu.az-a verdiyi məlumata görə, kəndin əsas küçələri 15 ildən artıqdır ki, asfalt üzü görməyib.
Yolların çuxurlu və palçıqlı olması həm məktəbə gedən uşaqlara, həm də kənd əhalisinin gündəlik həyatına böyük çətinlik yaradır. Sakinlərin sözlərinə görə, xüsusən qış aylarında kəndin bəzi hissələrinə avtomobillə getmək demək olar ki, mümkünsüzdür.
“Hər seçki ərəfəsində deputatlığa namizədlər deyirlər ki, “tezliklə yol çəkiləcək“. 15 ildir bu vədlər dəyişməyib, amma yol hələ də yoxdur,” – deyə sakinlər şikayət edirlər.
Sakinlər aidiyyəti qurumlardan tədbir görülməsini tələb edirlər.