Lənkəran şəhərində avtomobil yolunun hərəkət hissəsində piyada keçidinin silinməsi sakinlərin narahatlığına səbəb olur.
Cenublu.az xəbər verir ki, Lənkəran Dövlət Universitetinin 1-ci korpusunun qarşısında piyada keçidi tamamilə silinib.
Sakinlər bildiriblər ki, zolağın silinməsi piyadaların həyatını təhlükə altında saxlayır. Şikayətçilər aidiyyəti qurumlardan bu problemin tez bir zamanda həll edilməsini xahiş ediblər.