Lənkəranda nəqliyyat vasitəsi 13 yaşlı məktəblini vurub.
Cenublu.az xəbər verir ki, hadisə Liman şəhəri ərazisində baş verib. Hərəkətdə olan avtomobil piyada, 13 yaşlı A. Kərimzadəni vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan məktəbli dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə aparılaraq hospitalizasiya edilib. Ona ilkin tibbi yardım göstərilib. Hazırda müalicəsi xəstəxananın müvafiq şöbəsində davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.