Lənkəran şəhərinin Vaqif Nağıyev küçəsində yaşayan sakinlər uzun müddətdir işıqlandırma və yol problemi ilə üzləşirlər.
Onların Cenublu.az-a verdiyi məlumata görə, küçədə nə işıq dirəyi var, nə də asfalt örtüyü.
"Bu yoldan hər gün məktəbdə oxuyan uşaqlar istifadə edirlər. Dərsdən çıxan şagirdlər axşam saatlarında qaranlıqda evə qayıtmağa məcbur qalırlar. Küçədə işığın olmaması səbəbindən itlərin çoxalması isə təhlükəni daha da artırır"- deyə, sakinlər şikayət edirlər.
Onlar aidiyyəti qurumlardan küçədə işıqlandırmanın təmin edilməsi və yolun asfaltlanması üçün təcili tədbirlər görülməsini tələb edirlər.