Lənkəran şəhər 4 nömrəli orta məktəbin qarşısından keçən yol həm piyadalar, həm də nəqliyyat vasitələri üçün nəzərdə tutulub. Lakin, Cenublu.az-a daxil olan məlumata görə, yağış yağdığı zaman ərazi keçilməz hala gəlir.
Sakinlər bildirirlər ki, şagirdlər hər gün palçıq içindən keçərək məktəbə getməyə məcbur olurlar.
Onlar məsələ ilə bağlı aidiyyəti qurumlardan yolun təmir edilməsini və işıqlandırılmasını xahiş edirlər.
View this post on Instagram