Lənkəran şəhəri, Vaqif Hüseynov küçəsi, dalan 1 ünvanında yaşayan sakinlər küçənin acınacaqlı vəziyyətindən narazıdırlar.
Onların Cenublu.az-a veridiyi məlumata görə, küçənin yolu uzun müddətdir təmir olunmur, hər yağışdan sonra palçıq və çalalar yaranır, piyadaların və nəqliyyat vasitələrinin hərəkəti çətinləşir.
Sakinlər məsələ ilə bağlı müvafiq qurumların tədbir görməsini və küçənin əsaslı şəkildə təmir olunmasını xahiş edirlər.