Lənkəranda kanalizasiya daşıb.
Cenublu.az-a sakinlərdən daxil olan məlumata görə, Mirmustafaxan küçəsində bu hal bir neçə gündən bir təkrarlanır. Nəticədə ətrafı pis qoxu bürüyür, yol isə keçilməz hala düşür. Bu da ərazidə antisanitar vəziyyətin hökm sürməsinə zəmin yaradır.
Şikayətçilər müvafiq qurumlardan sözügedən xoşagəlməz halın qısa zamanda aradan qaldırılması üçün hərəkət keçmələrini gözləyirlər.