Lənkəranın Vaqif Hüseynov küçəsində su bərəsi tutulub.
Sakinlərdən Cenublu.az-a daxil olan məlumata görə, bərə tutulduğu üçün su yola daşıb.
Bu səbəbdən də xeyli müddətdir toplanıb qalan su iylənib və küçədən üfunətdən keçmək olmur. Şikayətçilər müvafiq qurumlardan problemin aradan qaldırılmasını tələb edirlər.
Qeyd edək ki, Lənkəran şəhərində kanalizasiya problemi aktuallığını qorumaqdadır.

