Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
Cenublu.az xəbər verir ki, hadisə Vel kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan avtomobil velosipedçi, rayonun Xolmili kənd sakini, 61 yaşlı Rəfail İlyas oğlu İmanovu vurub.
Velosipedçi ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıb. Həkimlər ona dəqiqləşdirilməmiş kəllə-beyin travması, koma və bədənin bir neçə nahiyəsini əhatə edən açıq yaralar diaqnozu qoyublar. R. İmanov reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.