Cəlilabad şəhərində 7 saylı məktəbə gedən yolun üzərində yerləşən işıqfor əyilərək aşmaq üzrədir.
Cenublu.az xəbər verir ki, səhər saatlarında müşahidə olunan vəziyyət ərazidən keçən sakinlərin narahatlığına səbəb olub.
Görünən odur ki, işıqfor dayağında texniki nasazlıq və ya quraşdırılmada boşalma nəticəsində əyilib. Ərazi məktəbə yaxın olduğu üçün xüsusilə şagirdlərin və valideynlərin təhlükəsizliyi baxımından vəziyyət narahatedicidir.
Sakinlər aidiyyəti qurumlardan problemin operativ şəkildə həll olunmasını, əyilmiş işıqforun bərpasını və ərazidə təhlükəsizlik tədbirlərinin gücləndirilməsini istəyirlər.