Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Apa.аz xəbər verir ki, rayon mərkəzinə yaxın ərazidə İbrahim Abdullazadənin idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə Rahil Rəhimlinin idarə etdiyi moped toqquşub. Qəza nəticəsində mopedin sürücüsü və onun sərnişini - Fərid Abdallı xəsarətlər alaraq rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.