Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 60 yaşlı kişi xəsarət alıb.
Cenublu.az xəbər verir ki, hadisə rayonun Zəhmətabad kəndində qeydə alınıb.
Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili kənd sakini, 1965-ci il təvəllüdlü Bayram Abbasovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan B. Abbasov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.