top
Ən çox ziyarət olunan türbələrdən biri - XIV əsrə aid Abi-Dərdə
04 fevral 2025, 06:11
- +

Ən çox ziyarət olunan türbələrdən biri - XIV əsrə aid Abi-Dərdə

Abi-Dərdə Yardımlı rayonunun Ərus, Ləzran və Ərsilə kəndləri arasında, Ərsilə kəndinə məxsus açıq ərazidə yerləşir. Türbə Abuzərə, Abudərzə, Abidərzə, Abazərdə, Abuzərə və Abidərdə adları ilə də tanınır. Yerli sakinlər isə türbəni daha çox Abi-Dərdə (Abidərdə) adlandırır. Abi-Dərdə türbəsi dairəvi quruluşlu olmaqla bişmiş kərpiclə hörülüb və günbəzlə örtülüb. Türbənin arxasında hamar sahədə torpaq içərisində itib batmış köhnə qəbiristanlıq da mövcuddur.

Türbənin içərisindəki məzarın baş tərəfində yarı sınmış daşın üzərində bütöv olmayan ərəb qrafikalı yazı həkk edilib.

Türbənin kitabəsi olmadığından məzardakı şəxsin kimliyi və türbənin tikilmə tarixi haqqında dəqiq məlumat yoxdur. Səidəli Kazımbəyoğlu Abi-Dərdə türbəsində uyuyan şəxsin Məhəmməd peyğəmbərin ən yaxın adamlarından biri olduğunu qeyd edib. O, türbə haqqında məlumat verərkən yazıb: “Peyğəmbərlərin sonuncusu Həzrət Məhəmmədin dörd yüz yeddi nəfər olan nəcib və məşhur əshabələrindən biri də Əbudərdə adlı müqəddəs ruhlu bir şəxsdir. Onun dəfn olunduğu məqbərə Ucarud mahalının Ərsilə kəndində (indiki Yardımlı rayonunun ərazisi) yerləşir. İndiki dövlətin yüksək rütbəli adamları həmin məkanın adını dəyişib Üçtuği-Sefidəşt adlandırmışdılar (əsər 1869-cu ildə yazılıb). O, ətrafda yaşayan əhalinin bu müqəddəs məqbərəyə çox böyük inamları var” (“Səidiyyə”. B., 2005, səh.81).Tarix üzrə fəlsəfə doktoru Mirnağı Nəzərlinin qənaətinə görə, türbədə dəfn olunan şəxs dördüncü rəşidi xəlifəsi Əli ibn Əbu Talibin səhabələrindən biri olan Əbu Dərdaildir (adı qeyd olunan kitab, səh.88). Tədqiqatçı-jurnalist Gülməmməd Məmmədzadə abidənin X-XI əsrlərdə yaşamış Ərdəbilin ən böyük sufi mütəfəkkiri, təriqət şeyxi, Azərbaycan filosof və səyyahı Əbu Zürə Əbdülvahab ibn Mühəmmədə məxsus olduğunu söyləmişdi (Bilal Alarlı. Viləşçayı boyunca. C., 2015, səh.39).

2008-ci ilin yayında Yardımlı rayonu ərazisində arxeoloji tədqiqatlar zamanı ekspedisiya üzvləri Abi-Dərdə türbəsini XIII-XIV əsrlərə aid ediblər.

Türbə ilkin forması saxlanmaqla 1985 və 2000-ci illərdə təmir olunub. Yardımlı şəhər sakini Hacı Sabir İsmayılovun şəxsi vəsaiti hesabına 2011-ci ildə ziyarətgahın yanında istirahət otağı və 17 metr uzunluğunda məscid tikilib və ən çox ziyarət olunan türbələrdən biridir. Buraya müxtəlif yerlərdən insanlar ziyarətə gəlir.

Abi-Dərdə türbəsi 4471 inventar sayı ilə XIV əsrə aid yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınaraq mühafizə olunur.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 15:49

Narkotiklə bağlı 3 nəfər saxlanılıb, 43 kq marixuana aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:44

Ölkədə 400 şəraitsiz məktəb var - Nazir müavini

Bütün xəbərlər
Dünən, 13:33

Sabah intensiv yağış yağacaq, şimşək çaxacaq

Bütün xəbərlər
Dünən, 12:20

Şəhid Mahmud Məlikovun doğum günüdür

Kriminal
Dünən, 11:22

Arvadı onu öpmək istədi, döydü

Kriminal
Dünən, 10:15

"Qarışıq meyvə qurusu" yükündə 112 kq-dan artıq narkotik vasitə aşkarlanıb

Bütün xəbərlər
Dünən, 09:17

Bu gün Cəlilabadda işıq olmayacaq

Bütün xəbərlər
02 aprel 2026, 17:44

Biləsuvarda sahibsiz it 10 yaşlı uşağı dişləyib

Bütün xəbərlər
02 aprel 2026, 16:33

Cənub bölgəsində külək güclənəcək - XƏBƏRDARLIQ

İqtisadiyyat
02 aprel 2026, 15:25

"Dairəvi Qala" 2 milyon manata bərpa olunacaq

Kriminal
02 aprel 2026, 14:28

Neftçalada ata onu döyən oğlunu bağışladı

Bütün xəbərlər
02 aprel 2026, 13:39

Sabah hava necə olacaq?

Bütün xəbərlər
02 aprel 2026, 12:45

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Bütün xəbərlər
02 aprel 2026, 11:48

Lənkəran sahillərində mazut tullantıları narahatlıq yaradır

Bütün xəbərlər
02 aprel 2026, 10:57

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Bütün xəbərlər
02 aprel 2026, 10:00

Cəlilabadda ev yanıb, 85 yaşlı kişi ölüb - YENİLƏNİB

Bütün xəbərlər
02 aprel 2026, 09:04

Yardımlıda bəzi ərazilər müvəqqəti işıqsız qalacaq

Bütün xəbərlər
02 aprel 2026, 00:01

Aprel döyüşlərindən 9 il ötür

Bütün xəbərlər
01 aprel 2026, 16:57

Aprel ayının hava proqnozu açıqlanıb

Bütün xəbərlər
01 aprel 2026, 16:00

Sabahın hava proqnozu açıqlanıb

Bütün xəbərlər
01 aprel 2026, 15:07

Masallıda ev yanıb, baba və nəvə ölüb

İdman
01 aprel 2026, 14:10

Lənkəranlı pəhləvanlar Bakı çempionatında fərqləndilər

Bütün xəbərlər
01 aprel 2026, 13:13

İki aydır axtarılan 85 yaşlı kişi ölü tapılıb

İqtisadiyyat
01 aprel 2026, 12:22

Saatlıda bu şəxslər üçün yeni mənzillər alınacaq

Oxşar xəbərlər