top
Arvadı onu öpmək istədi, döydü
03 aprel 2026, 11:22
- ↺ +

Arvadı onu öpmək istədi, döydü

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Saatlı rayonunda ailə münaqişəsi zəminində baş verən hadisə zamanı 1996-cı il təvəllüdlü Sərxan həyat yoldaşı Nargiləyə xəsarət yetirib. Hadisə ötən ilin 26 dekabrında baş verib. İstintaqa görə, tərəflər arasında yaranan mübahisə zamanı Sərxan arvadının saçından tutaraq baş və bədən nahiyələrinə yumruq zərbələri vurub.

Sərxan məhkəmədə özünü qismən təqsirli bilsə də, ağır zorakılığı inkar edib. O bildirib ki, səhər saatlarında aralarında xırda narazılıq yaranıb — arvadının onu öpmək istəməsi və telefonunu götürməsi səbəbilə əsəbiləşib, amma bunu ciddi münaqişə saymayıb. Gün ərzində əlaqələri gərgin qalıb. Axşam evə qayıdanda isə mübahisə yenidən başlayıb. Onun sözlərinə görə, Nargilə onunla kobud danışıb, o da "sadəcə itələyərək çarpayıya yıxıb və telefonu əlindən alıb".

Zərərçəkmiş Nargilə isə hadisəni daha ağır təsvir edib. O bildirib ki, ailədə problemlər əvvəldən mövcud idi — xüsusilə övladlarının olmaması və ərinin ondan atasından pul və ya maşın istəməsi münasibətləri gərginləşdirib. Hadisə günü özünü pis hiss etdiyi üçün həkimə getməyib. Axşam isə ərinin sərxoş halda gəldiyini, onu və ailəsini təhqir etdiyini deyib. Mübahisə zamanı Sərxanın mətbəxdə üzərinə hücum edərək saçından tutduğunu və başına bir neçə dəfə yumruq vurduğunu qeyd edib.

Hadisədən sonra Nargilə atasına zəng edib, gecə saatlarında atası gələrək onu evdən aparıb. Daha sonra polisə müraciət olunub.

Məhkəmənin hökmü ilə Sərxan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib və 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Qeyd edək ki, adlar şərtidir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

24 oktyabr 2020-ci il: Vətən müharibəsinin 28-ci günü

Kriminal
Dünən, 17:56

Tiktoker "İsican" həbs edildi

Bütün xəbərlər
Dünən, 17:00

Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi

Bütün xəbərlər
Dünən, 16:13

Lerikdə yaşıllıqların qanunsuz kəsilməsi faktı aşkar olunub

Bütün xəbərlər
Dünən, 15:38

Lerikli JONY-də nadir xəstəlik aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:55

Cəlilabadda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb

Bütün xəbərlər
Dünən, 13:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:17

Salyanda mikroavtobus yanaraq kül oldu

Bütün xəbərlər
Dünən, 10:59

Neftçalada traktor velosipedçini vurub öldürdü

Bütün xəbərlər
Dünən, 09:38

Salyanda kişini cərəyan vurub öldürdü

Bütün xəbərlər
Dünən, 00:05

23 oktyabr 2020-ci il: Vətən müharibəsinin 27-ci günü

Bütün xəbərlər
22 oktyabr 2026, 18:00

Lənkəranda çay sahili zibilliyə çevrilib

Bütün xəbərlər
22 oktyabr 2026, 17:25

19 yaşlı şəhidimizin ad günüdür

Siyasət
22 oktyabr 2026, 16:58

Yardımlının yeni icra başçısını hansı problemlər gözləyir? Təhlükəli yol, kəndlərin dərdi və korrupsiya işi – CENUBLU.AZ-in ARAŞDIRMASI

Cəmiyyət
22 oktyabr 2026, 16:11

Masallıda narkomaniyaya qarşı maarifləndirici aksiya təşkil olunub

Bütün xəbərlər
22 oktyabr 2026, 15:35

Sabah hava necə olacaq?

Bütün xəbərlər
22 oktyabr 2026, 15:00

Salyanda 3 ildir yol problemi həll olunmur: ŞİKAYƏT

Kriminal
22 oktyabr 2026, 14:26

Oğluna hücum etdi, arvadını yaraladı – MƏHKƏMƏ

Bütün xəbərlər
22 oktyabr 2026, 13:55

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Bütün xəbərlər
22 oktyabr 2026, 13:25

Lənkəranlı Birinci Qarabağ müharibəsi qazisi vəfat edib

Bütün xəbərlər
22 oktyabr 2026, 12:45

Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?

Bütün xəbərlər
22 oktyabr 2026, 12:24

Yardımlıya yeni icra başçısı təyin edilib

Bütün xəbərlər
22 oktyabr 2026, 11:50

Cəlilabadda iki "VAZ" toqquşdu: 3 nəfər xəsarət aldı

Bütün xəbərlər
22 oktyabr 2026, 11:10

Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 100 dəfə artırılacaq

Oxşar xəbərlər