top
Səməd bəy Mehmandarovun əmri ilə aparılan Lənkəran əməliyyatı
12 avqust 2023, 01:49
- +

Səməd bəy Mehmandarovun əmri ilə aparılan Lənkəran əməliyyatı

Azərbaycanın cənub bölgəsində ölkənin ərazi bütövlüyünün təmin edilməsi üçün Azərbaycan Xalq Cümhuriyyətinin ordu hissələri 1919-cu ilin avqustunda Lənkəran əməliyyatını həyata keçirməyə başlayır [1]. Buna səbəb isə Cənub bölgəsinin Azərbaycanın müstəqilliyinin elan olunmasından əvvəl bolşeviklərin, sonra isə ağqvardiyaçı qüvvələrin nəzarətində olması idi [2].

1919-cu il iyulun sonu, avqustun əvvəllərində Lənkəran bölgəsinə hərbi qüvvə yeritmək imkanı yarandı. Bu məqsədlə xüsusi dəstə yaradıldı, onun komandiri general-mayor Həbib bəy Səlimov təyin edildi. 4 avqust 1919-cu ildə hərbi nazir Səməd bəy Mehmandarov Lənkərana qoşun dəstəsi göndərilməsi haqqında sənəd imzaladı. Əmrə əsasən, dəstə Hacıqabul, Salyan, Pokrovsk (Xol-Teklə), Prişib (Göytəpə) marşrutu ilə Lənkəran qəzasına doğru hərəkət etməli, bölgədə olan rus əhalisinin silahlı dəstələrini tərksilah etməli idi. Lənkəran əməliyyatının başlaması ilə əlaqədar Mehmandarov bölgədəki əhaliyə müraciət edərək, onları silahları təhvil verməyə çağırdı.

Mehmandarovun əmrinə görə, Lənkəran dəstəsinə daxil olan hissə və bölmələr 12 avqust 1919-cu ildə Hacıqabulda toplaşdılar və avqustun 14-də hərəkətə başladılar. Səlimov həmin zaman öz nümayəndələrini məntəqədəki hərbi qüvvələrin başçılarının yanına göndərdi və onları Azərbaycan hökumətini tanımağa çağırdı. 17-18 avqustda Lənkəran dəstəsi yolboyu yerləşən rus kəndlərindən 3 top və 5 pulemyot toplayaraq, Bakıya göndərdi.

Avqustun 20-də Pokrovsk kəndinin əhalisindən 2 top və 4 pulemyot alındı. Avqustun 23-də dəstə Lənkərana çatdı [1]. Avqustun sonunda Lənkəran dəstəsi xüsusi silahlı müqavimətə rast gəlmədən bölgənin rus əhalisini, polkovnik İlyaşeviçin başçılığı altında olan silahlı dəstələri tamamilə tərksilah etdi və bununla da Cümhuriyyət ordusu üçün xeyli silah və hərbi sursat əldə olundu [2]. 3 sentyabr 1919-cu ildə Lənkəran dəstəsi Hacıqabula qayıtdı. Azərbaycan milli ordusunun Lənkəran əməliyyatı nəticəsində ölkənin Cənub bölgəsində Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti təmin olundu [1].

Ədəbiyyat:


  1. Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası. II cild. Bakı-2005.

  2. Mehman Süleymanov. Azərbaycan ordusu (1918-1920). Bakı-1998.

Son xəbərlər

Kriminal
Dünən, 13:13

Vəfat edən 10 günlük əsgər VƏRƏM İMİŞ? - RƏSMİ AÇIQLAMA

Cəmiyyət
Dünən, 12:12

Astarada torpaq sürüşməsi olub

Kriminal
Dünən, 11:11

Marixuana istifadə edib maşın sürən cəlilabadlı həbs edildi

Cəmiyyət
Dünən, 10:01

Yol polisinin sürücülərə MÜRACİƏTİ

Cəmiyyət
Dünən, 09:09

Bu gün Azərbaycanın Milli Qəhrəmanı şəhid Mübariz İbrahimovun doğum günüdür

Cəmiyyət
06 fevral 2026, 17:37

Masallıdan olan 10 günün əsgəri hospitalda vəfat edib

Kriminal
06 fevral 2026, 16:15

Mehman Hüseynovla bağlı iki sensasiya - VİDEO

Cəmiyyət
06 fevral 2026, 15:09

Şənbə günü hava yağmursuz olacaq - PROQNOZ

İqtisadiyyat
06 fevral 2026, 14:02

AQTA: Ölkədə quş qripi və nyukasl xəstəliyinə yoluxma halı aşkarlanmayıb

Kriminal
06 fevral 2026, 13:04

İrandan Rusiyaya göyərti aparan TIR-da narkotik aşkarlandı

Kriminal
06 fevral 2026, 12:02

Məhkəmə hökmləri ilə dövriyədən çıxarılmış narkotik yandırılıb

Kriminal
05 fevral 2026, 17:15

Xoruzu satıb araq aldı, içib arvadını bıçaqladı

Bütün xəbərlər
05 fevral 2026, 16:00

Masallı rayonunda valideynlər üçün maarifləndirici tədbir təşkil edilib

Kriminal
05 fevral 2026, 15:00

Azərbaycanda dəhşət: Uşağa 19 bıçaq zərbəsi

Cəmiyyət
05 fevral 2026, 14:00

Lənkəranda dörd otaqlı ev yanıb

Kriminal
05 fevral 2026, 13:03

Arayik Harutyunyan ömürlük azadlıqdan məhrum edilib

Bütün xəbərlər
05 fevral 2026, 12:05

Cənubda FAKTİKİ HAVA

Cəmiyyət
05 fevral 2026, 11:00

Masallıda məktəb yandı

Cəmiyyət
05 fevral 2026, 10:01

Bu gün cəlilabadlı yazıçı Zakir Sadatlının xatirəsi anılır

İqtisadiyyat
04 fevral 2026, 17:54

Masallıda fəaliyyət göstərən ictimai iaşə obyektində normativ tələblər pozulub

Kriminal
04 fevral 2026, 15:04

Cəlilabadda qardaşı uşaqlarını baltalayan şəxsin ölüm səbəbi bilindi

Cəmiyyət
04 fevral 2026, 14:02

Qar yağacaq, yollar buz bağlayacaq

İqtisadiyyat
04 fevral 2026, 13:10

Azərbaycanda bütün limanlar bağlandı - Səbəb

İdman
04 fevral 2026, 12:00

Lənkəranlı futbolçu "Qarabağ"dan gedir?

Oxşar xəbərlər