top
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasındadır - Global Terrorism Index 2026 açıqlandı
31 mart 2026, 09:31
- ↺ +

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasındadır - "Global Terrorism Index 2026" açıqlandı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Global Terrorism Index 2026" (GTI) Hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanması təqdim edilib.

Ərazisində terrorçuluq fəaliyyəti və terror təhlükəsi ən yüksək olan ölkələr arasında ilk sıralara - 1.Pakistan (8.574), 2.Burkina Faso (8.324), 3.Niger (7.816) daxil edilib.

Qeyd olunan sıralamada Suriya (7.38) 6-cı, İsrail (6.79) 10-cu, Əfqanıstan (6.678) 11-ci, Hindistan (6.428) 13-cü, Rusiya (5.593) 17-ci, İran (5.477) 18-ci, ABŞ (4.521) 28-ci, Almaniya (4.447) 29-cu, Fransa (3.224) 35-ci, Türkiyə (3,212) 36-cı, Çin (1.311) 54-cü, İsveçrə (0.749) 67-ci, Birləşmiş Ərəb Əmirlikləri (0.749) 68-ci, Gürcüstan (0.506) 77-ci, Ermənistan (0.483) 81-ci yerdə qərarlaşıb.

Ötən ilin Hesabatına əsasən terror təhlükəsi üzrə qeyd olunan sıralamada "0.233" indekslə 90-cı reytinq mövqeyində olan Azərbaycan 2026-cı ildə üç reytinq də yüksələrək "0.123" indekslə 93-cü yerdə qərarlaşmış, 1-dən 100-dək artan mümkün reytinq həddində dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi yüksək reytinqə sahiblənmişdir.

"Global Terrorism Index" (GTI) reytinq sıralanması indeksləri terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstəricilər üzrə hesablamalara əsaslanır.

İqtisadiyyat və Sülh İnstitutu (Institute for Economics and Peace - İEP) tərəfindən dövri olaraq açıqlanan "Global Terrorism Index" hesabatları Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Dünya Bankı, digər beynəlxalq təşkilatlar və beynəlxalq akademik institutlar üçün istinad mənbəyi kimi çıxış edir. Hesabatlar eyni zamanda ölkələrə geniş iqtisadi infrastrukturda xarici investisiya yatırımları zamanı nəzərə alınan əsas mənbələrdən hesab olunur.

Beynəlxalq təşkilatların hesabatlarından göründüyü kimi, dini, siyasi, milli və digər zəminlərdə terror-təxribat təhdidlərinin yüksək olduğu kifayət qədər həssas və mürəkkəb geosiyasi məkanda yerləşsə də, uğurlu daxili və xarici dövlət siyasəti nəticəsində bərqərar olmuş inkişaf, əmin-amanlıq, o cümlədən terrorçuluğa qarşı mübarizə sahəsində təhlükəsizlik orqanları tərəfindən görülən effektiv işlər sayəsində Azərbaycan son illər dünyada çox yüksək daxili təhlükəsizlik reytinqinə sahiblənib.

Azərbaycan Respublikası Prezidentinin vurğuladığı kimi, təhlükəsizlik, sabitlik məsələləri hər hansı bir ölkənin gündəliyində heç vaxt olmadığı qədər bir nömrəli məsələ kimi qalmalıdır. Çünki bu olmadan bütün başqa səylər mənasızdır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Bu gün, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
Dünən, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
Dünən, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
Dünən, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
Dünən, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
Dünən, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Kriminal
Dünən, 12:19

Salyanlı onu əvəz etməyən iş yoldaşını döydü — MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:34

Lerikdə sabiq vəzifəli şəxs vəfat etdi

Bütün xəbərlər
Dünən, 10:28

"ASAN xidmət" bu tarixlərdə işləməyəcək

Bütün xəbərlər
Dünən, 09:29

Ad gününün sabahı – Zəfər günü şəhid olan igidimiz

Bütün xəbərlər
Dünən, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
06 noyabr 2026, 18:01

Komandiri xilas edərkən şəhid olan igidimizin xatirəsi anılır

Bütün xəbərlər
06 noyabr 2026, 17:34

Lənkəranın mərkəzi küçəsində zibil problemi

Bütün xəbərlər
06 noyabr 2026, 16:53

Lerik sakinləri mişar daşından kəndə yol çəkirlər

Bütün xəbərlər
06 noyabr 2026, 16:15

Rusiya-Ukrayna müharibəsinə görə adam bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
06 noyabr 2026, 15:35

Neftçalanın tanınmış ziyalısı vəfat edib

Bütün xəbərlər
06 noyabr 2026, 15:00

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
06 noyabr 2026, 14:22

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
06 noyabr 2026, 13:50

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Cəmiyyət
06 noyabr 2026, 13:15

3 rayonda şagirdlərin daşınmasına 322 min manatdan çox vəsait ayrılır

Bütün xəbərlər
06 noyabr 2026, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
06 noyabr 2026, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
06 noyabr 2026, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Oxşar xəbərlər