SON XƏBƏRLƏR

Bir çox mənbələr Səmədbəy Mehmandarovun 1855-ci ildə Lənkəranda doğulduğunu iddia etsə də, Firuddin Şuşinskinin “Şuşa” kitabında onun 1856-cı ildə Şuşada doğulduğu qeyd olunur. Eyni zamanda məlumdur ki, Mehmandarovlar ailəsi hələ 1840-cı illərdə, Səməd doğulmamışdan əvvəl Şuşadan Lənkərana köçüblər. Mehmandarov soyadının özü də Səmədbəyin əcdadlarının vəzifə titullarından irəli gəlir. Onlar mehmandar idilər, yəni Qarabağ xanının sarayında qonaqları, məmurları qəbul edirdilər.

Səmədbəy gənclik illərindən hərbçi olmaq arzusunda idi. 1875-ci ildə Peterburq Hərbi Artilleriya Məktəbini bitirib. 1904-cü ildə Rus-Yapon müharibəsi zamanı o, təxminən bir il Port Arturun (indiki Çinin Luişunkou bölgəsi) müdafiəsi uğrunda döyüşüb. Göstərdiyi qəhrəmanlığa görə Mehmandarov IV dərəcəli Georgi ordeni ilə təltif edilib və general-mayor rütbəsi alıb.

1914-cü ildə Birinci Dünya Müharibəsi zamanı Mehmandarov Avstriya-Almaniya cəbhəsində vuruşaraq, Lodz şəhərinin (hazırda Polşanın ən böyük şəhərlərindən biri) müdafiəsində iştirak edib. Qəhrəmanlığına görə o, artilleriya generalı təyin edilmiş və almazlarla bəzədilmiş qızıl qılıncla mükafatlandırılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra, Mehmandarov 1920-ci ildə Hərbi Nazir vəzifəsində çalışıb.

Səmədbəy Mehmandarov 1931-ci il fevralın 12-də Bakıda vəfat edib. O, Çembərəkənd qəbiristanlığında (indiki Şəhidlər Xiyabanı) dəfn edilib, lakin sovet dövründə məzarının yeri itirilib.

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda