Rus kilsəsi Cəlilabad rayonunun Günəşli kəndində yerləşir.
Məbədin dəqiq inşa tarixi məlum deyil. Azərbaycan Respublikasının dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında məbədin 1890-cı ildə tikildiyi qeyd olunub [3]. Yazıçı Mahmudağa Qasımov “Cəlilabadın tarixi, etnonim və toponimləri” kitabında kilsənin 1914-cü ildə inşa olunduğunu deyib [2]. 1911-ci ilin Bakı quberniyası haqqında məlumat toplusunda isə artıq həmin zaman kənddə kilsənin mövcud olduğu yazılıb [2].
20 oktyabr 1830-cu ildə Rusiya imperiyasının hökuməti bir çox rus ailələrin Cənubi Qafqaza köçürülməsi haqqında sərəncam imzalayır. Həmin ildən başlayaraq, əsasən, molokanlar, subbotniklər, babtist və digər rus ailələri Qafqaza köçürülür [4]. Onların bir hissəsi sonralar Cəlilabadın Pokrovka (indiki Günəşli) kəndində məskunlaşırlar.
Kilsə XIX əsrin sonu - XX əsrin əvvəllərində Pokrovka kəndinə köçmüş rus əhali üçün tikilib. Məbəd qırmızı kərpicdən inşa edilib. Tikilinin pəncərə və qapıları tağvari formadadır [1].
Dövlət mühafizəsində olmasına baxmayaraq, tikili hazırda yararsız vəziyyətdədir [3].
Ədəbiyyat: