29 yaşlı Lənkəran rayon sakini "Instagram" sosial şəbəkəsindəki "seyidemir_" hesabı ilə qeyri-etik ifadələr işlətdiyi üçün həbs olunub.
Bundan başqa, 29 yaşlı Sabirabad rayon sakini də "TikTok" sosial şəbəkəsində paylaşdığı videoçarxın rəy bölümünə söyüş yazdığı üçün barəsində protokol tərtib olunub.
Məhkəmənin qərarı ilə Lənkəran sakini 15 gün, sonuncu isə 10 gün müddətinə həbs ediliblər.