top
Lənkəranda avtomobil çaya aşdı, 21 yaşlı gənc öldü
16 mart 2026, 09:25
- ↺ +

Lənkəranda avtomobil çaya aşdı, 21 yaşlı gənc öldü

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib.

Cenublu.az xəbər verir ki, hadisə Lənkəran-Boradigah avtomobil yolunun rayonun Separadi kəndindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Masallı rayonunun Mahmudavar kənd sakini, 25 yaşlı Sultan İlkin oğlu Hacıyev idarə etdiyi "Hyundai Sonata" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil əvvəlcə yol kənarında yerləşən iki rabitə dirəyini qoparıb, daha sonra Ulum çayı üzərindəki dəmir körpüyə çırpılıb.

Güclü zərbənin təsirindən körpünün dəmir konstruksiyaları zədələnib və avtomobil təxminən 20 metr hündürlükdən çaya düşüb.

Qəza nəticəsində sürücü Sultan Hacıyev və avtomobildə olan sərnişin - Masallı rayonunun Mahmudavar kənd sakini, 25 yaşlı Ümid Nicat oğlu Möhübbətov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Ətrafdakı şəxslərin köməyi ilə onlar sudan çıxarılaraq təcili tibbi yardım avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Lakin sərnişin Ümid Möhübbətov aldığı ağır xəsarətlər səbəbindən həkimlərin səylərinə baxmayaraq xəstəxanada vəfat edib.

Sürücünün vəziyyətinin ağır olduğu bildirilir. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, həyatını itirən Ümid Möhübbətovun atası Nicat Möhübbətov Masallı rayonunda tanınmış həkimlərdən biridir. Ümid isə Türkiyədə yaşayırdı və bir müddət öncə vətənə qayıdıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:42

Ali təhsilli işsiz gənclərin sayı 9 mini keçib

Bütün xəbərlər
Bu gün, 00:05

24 oktyabr 2020-ci il: Vətən müharibəsinin 28-ci günü

Kriminal
Dünən, 17:56

Tiktoker "İsican" həbs edildi

Bütün xəbərlər
Dünən, 17:00

Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi

Bütün xəbərlər
Dünən, 16:13

Lerikdə yaşıllıqların qanunsuz kəsilməsi faktı aşkar olunub

Bütün xəbərlər
Dünən, 15:38

Lerikli JONY-də nadir xəstəlik aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:55

Cəlilabadda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb

Bütün xəbərlər
Dünən, 13:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:17

Salyanda mikroavtobus yanaraq kül oldu

Bütün xəbərlər
Dünən, 10:59

Neftçalada traktor velosipedçini vurub öldürdü

Bütün xəbərlər
Dünən, 09:38

Salyanda kişini cərəyan vurub öldürdü

Bütün xəbərlər
Dünən, 00:05

23 oktyabr 2020-ci il: Vətən müharibəsinin 27-ci günü

Bütün xəbərlər
22 oktyabr 2026, 18:00

Lənkəranda çay sahili zibilliyə çevrilib

Bütün xəbərlər
22 oktyabr 2026, 17:25

19 yaşlı şəhidimizin ad günüdür

Siyasət
22 oktyabr 2026, 16:58

Yardımlının yeni icra başçısını hansı problemlər gözləyir? Təhlükəli yol, kəndlərin dərdi və korrupsiya işi – CENUBLU.AZ-in ARAŞDIRMASI

Cəmiyyət
22 oktyabr 2026, 16:11

Masallıda narkomaniyaya qarşı maarifləndirici aksiya təşkil olunub

Bütün xəbərlər
22 oktyabr 2026, 15:35

Sabah hava necə olacaq?

Bütün xəbərlər
22 oktyabr 2026, 15:00

Salyanda 3 ildir yol problemi həll olunmur: ŞİKAYƏT

Kriminal
22 oktyabr 2026, 14:26

Oğluna hücum etdi, arvadını yaraladı – MƏHKƏMƏ

Bütün xəbərlər
22 oktyabr 2026, 13:55

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Bütün xəbərlər
22 oktyabr 2026, 13:25

Lənkəranlı Birinci Qarabağ müharibəsi qazisi vəfat edib

Bütün xəbərlər
22 oktyabr 2026, 12:45

Yardımlının yeni icra başçısı Orxan Məmmədov kimdir?

Bütün xəbərlər
22 oktyabr 2026, 12:24

Yardımlıya yeni icra başçısı təyin edilib

Bütün xəbərlər
22 oktyabr 2026, 11:50

Cəlilabadda iki "VAZ" toqquşdu: 3 nəfər xəsarət aldı

Oxşar xəbərlər