Martın 17-də gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Cenublu.az -a verilən məlumata görə, Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısa müddətə intensivləşəcəyi ehtimalı var. Axşam saatlarında əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 5–9° isti, gündüz 12–17° isti, dağlıq ərazilərdə isə gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5–10° isti olacaq.