top
Azərbaycanın ən qədim qoruqlarından biri: Hirkan Milli Parkı
17 aprel 2023, 02:24
- +

Azərbaycanın ən qədim qoruqlarından biri: Hirkan Milli Parkı

Hirkan Milli Parkı Azərbaycanın cənubi-şərqində, Lənkəran, Astara və Lerik inzibati rayonlarının ərazisində yerləşir. Milli Park 9 fevral 2004-cü ildə yaradılıb [2].

Bu Milli Park Azərbaycanın ən qədim qoruqlarından biridir. Onun bitki örtüyünü və heyvanlar aləmini qorumaq məqsədi ilə 1936-cı ildə bu ərazi qoruq elan olunub. Qoruq 1969-cu ildə yenidən təşkil edilmişdir [1].

Milli Parkın yaradılmasında məqsədlər bunlar idi: həmin ərazidə təbiətin kompleks şəkildə qorunması, Üçüncü dövrün relikt və endemik bitki növlərinin mühafizəsi, “Qırmızı Kitab”a daxil edilmiş flora və fauna növlərinin qorunub saxlanılması və s. [1].

Hirkan meşələrinin hər min hektarına 32 bitki növü düşür, bu isə əraziyə Qafqazın xarakterik floraya malik 18 ərazisi arasında birinci yeri tutmağa imkan verir [3].

Azərbaycanda yayılan 435 ağac və kolun 150-si Hirkan meşələrində bitir, onlardan 36-sı isə endemikdir. Burada “Qırmızı Kitab”a daxil edilmiş Hirkan şümşadı, Hirkan ənciri, ipək akasiyası, ürəkyarpaq qızılağac, vəhşi heyvan növlərindən isə ayı, vaşaq, dağ keçisi, xallı maral, çöl donuzu, bəbir və s. qorunur.

Qoruq yaradılanda burada ilk növbədə nəsli kəsilmiş heyvanları bərpa etmək qərara alınıb. Bu səbəbdən 1985-ci ildə qoruğa Ussuri çayının ətrafında yaşayan 77 xallı maral gətirilmişdir [1].

Milli park 21 mindən artıq hektar ərazidə yaradılıb. Sonradan onun ərazisi genişləndirilərək 40358 hektara çatdırılıb.

Hirkan Milli Parkında 100-dən çox təbiət və mədəniyyət abidələri var [2].

2005-ci ildə bir çox heyvan növlərinin qorunub saxlanılması məqsədilə 2 mindən çox hektar ərazidə Hirkan Dövlət Yasaqlığı yaradılıb [1].

Ədəbiyyat:


  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.

  2. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin prezident kitabxanası. Milli parklar.

  3. https://az.sputniknews.ru/20161021/dom-ljudoeda-girkanskij-zapovednik-407436516.html


 

Son xəbərlər

Kriminal
Bu gün, 10:28

Yardımlıda külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb

Kriminal
Bu gün, 09:25

Salyanlı iş adamı faciəli şəkildə öldü

Bütün xəbərlər
Bu gün, 00:00

Bu gün İlaxır çərşənbədir

Kriminal
Dünən, 17:25

Rusiyaya işləməyə gedən astaralı cəbhəyə göndərilib - Üç aydır itkindir

Cəmiyyət
Dünən, 16:25

25 yaşlı cəlilabadlı fəhləni Bakıda cərəyan vurdu

Bütün xəbərlər
Dünən, 15:28

Sabahın hava proqnozu açıqlanıb

İqtisadiyyat
Dünən, 14:20

Martın bütün sosial ödənişləri verilib

Cəmiyyət
Dünən, 13:05

İsraildə raket hücumu zamanı astaralı qadın yaralanıb

Bütün xəbərlər
Dünən, 12:16

Lənkəranda iki avtomobil toqquşub: Xəsarət alan var

Mədəniyyət
Dünən, 11:22

Lənkəranda "NovruzFest II" regional festivalı keçiriləcək

İdman
Dünən, 10:29

Lənkəranlı güləşçi Avropa çempionu oldu

Kriminal
Dünən, 09:25

Lənkəranda avtomobil çaya aşdı, 21 yaşlı gənc öldü

Kriminal
14 mart 2026, 17:00

Məhərrəmlik məclisindən sonra qohumlarını döyən qardaşlardan biri amnistiyaya düşdü

Kriminal
14 mart 2026, 16:00

Sosial şəbəkələrdə nalayiq ifadələr işlədən cənublular həbs olunub

Cəmiyyət
14 mart 2026, 15:06

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Siyasət
14 mart 2026, 14:05

İrandan daha 21 nəfər Azərbaycana təxliyə edilib

Cəmiyyət
14 mart 2026, 13:03

Lənkəranlı məktəblilərdən minalara qarşı yeni ideya

Cəmiyyət
14 mart 2026, 12:02

4 yaşlı uşaq su quyusuna düşüb öldü

Kriminal
14 mart 2026, 11:00

Evlənmək istəmədiyi üçün bıçaqladı, avtomobillə vurdu

Cəmiyyət
14 mart 2026, 10:00

Vətən müharibəsi şəhidimizin ad günüdür

Cəmiyyət
13 mart 2026, 16:00

Elçin Hüseynov bu görüntülərə görə həbs edilə bilər? - AÇIQLAMA

Mədəniyyət
13 mart 2026, 15:18

Kənd məktəbinin 3 şagirdi finalda: İkisi bacıdır

İqtisadiyyat
13 mart 2026, 14:09

Lənkaranda işçi axtarılır – 1500 AZN-dək maaş

Siyasət
13 mart 2026, 13:03

Vasif Qafarov: "Lerikdəki həmin binaların istismar müddəti başa çatıb"

Kriminal
13 mart 2026, 12:02

Sevgilisinin bacısından rədd cavabı aldı, nənəsini isə BIÇAQLADI

Kriminal
13 mart 2026, 11:01

Biləsuvarda 16 kq narkotik vasitə aşkarlandı

Siyasət
13 mart 2026, 10:00

Lənkəran Şəhər İcra Hakimiyyətində 44 nəfər işdən çıxarıldı

İqtisadiyyat
13 mart 2026, 09:01

Azərbaycan neftinin qiyməti 105 dolları keçib

Oxşar xəbərlər