Lənkəranda kişi vətəndaşların Polis orqanlarına və Daxili Qoşunlara işə qəbulla əlaqədar görüşü təşkil olunacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 fevral tarixində verir.
Görüş 23 fevral tarixdə saat 10:30-da Olimpiya İdman Kompleksinin akt zalında keçiriləcək. Burada ümumtəhsil müəssisələrinin X-XI sinif şagirdləri, hərbi xidməti başa vurmuş gənclər iştirak edə bilərlər.
İştirak etmək istəyənlərin qeydiyyatdan keçməsi üçün əlaqə nömrəsi: 077 346 00 43.
Tədbir Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.