top
Bu gün Xalq artisti İlhamə Quliyevanın doğum günüdür
17 avqust 2023, 01:33
- +

Bu gün Xalq artisti İlhamə Quliyevanın doğum günüdür

Bu gün, 17 avqust tarixində Azərbaycan və Dağıstan Respublikalarının Xalq artisti İlhamə Quliyevanın doğum günüdür. Cenublu.az izləyiciləri üçün mərhum sənətkar haqda 10 maraqlı fakt təqdim edir:


  • İlhamə Quliyeva 1943-cü ildə Lənkəran şəhərində anadan olub. Onun atası Məzahir Quliyev o zamanlar Lənkəranın prokuroru olub;

  • İlhamə xanım 5 yaşında olarkən anası, mərhum Xalq artisti Tükəzban İsmayılova SSRİ Xalq artisti tarzən Həbib Bayramovla ailə həyatı qurur. İlhamə xanımın təlim-tərbiyəsi ilə də elə ögey atası məşğul olur;

  • Ali təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində alıb;

  • 1965-ci ildən səhnədə fəaliyyət göstərən sənətkar 1982-ci ildə Əməkdar artist, 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti, 2008-ci ildə isə Dağıstan Respublikasının Xalq artisti adına layiq görülüb;

  • 1980-ci ildə Faiq Mirmöhsünov adlı şəxslə ailə qurur. Bir müddət Mirmöhsünova soyadı daşıyan İlhamə xanım həyat yoldaşı ilə boşanır, onun soyadından imtina edərək yenidən Quliyeva soyadına qayıdır. O, ikinci dəfə ailə qurmur;

  • İlhamə Quliyevanın bioloji övladı olmayıb. O, xalasının nəvəsi, Orxan adlı oğlanı oğulluğa götürür, ona öz övladı kimi baxır, toyunu edir. Lakin müğənninin ölümündən sonra İlhamə xanımın qohumları ilə Orxan arasında miras davası baş qaldırır və məlum olur ki, İlhamə Quliyeva oğulluğunu tək varis kimi elan etməyib. Hətta deyilənə görə, İlhamə xanımın son dəfə əsəbiləşməsinə və xəstəxanaya düşməsinə səbəb oğlu Orxandan gələn gecə zəngi olub;

  • Sağlığında bir çox həmkarı ilə küsülü olub. Flora Kərimova, Nazpəri Dostəliyeva, Elza Seyidcahanla müxtəlif qalmaqallar yaşayıb. Nazpəri Dostəliyevaya məhkəmədə qalib gəlib və ondan 25 min manat pul alıb;

  • Fikrət Əmirov, Otay Kazımov, Ramiz Mirişli, Emin Sabitoğlu, Faiq Sücəddinov, Novruz Aslan kimi bəstəkarlarla çalışan müğənninin “Mən səni araram”, “Göygöl”,  “De görüm neyləmişəm”, “Toy mahnısı”, “Gülərəm gülsən”, "Çiçək yağışı", "Neylərsən", "Kaman", "Azərbaycan", “İncitmə qəlbimi”, “Anam mehribanım Azərbaycanım”, “Gülür ellər” və digər mahnıları illər keçsə də, unudulmur və təkrar ifa edilir;

  • 2002-ci ildə “Şöhrət”, 2013-cü ildə isə “Şərəf” ordenlərinə layiq görülüb;

  • İlhamə Quliyeva 25 fevral 2016-cı ildə tromboemboliyadan vəfat edib. İkinci Fəxri xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbib Bayramovun yanında dəfn edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:57

Aprel ayının hava proqnozu açıqlanıb

Bütün xəbərlər
Bu gün, 16:00

Sabahın hava proqnozu açıqlanıb

Bütün xəbərlər
Bu gün, 15:07

Masallıda ev yanıb, baba və nəvə ölüb

İdman
Bu gün, 14:10

Lənkəranlı pəhləvanlar Bakı çempionatında fərqləndilər

Bütün xəbərlər
Bu gün, 13:13

İki aydır axtarılan 85 yaşlı kişi ölü tapılıb

İqtisadiyyat
Bu gün, 12:22

Saatlıda bu şəxslər üçün yeni mənzillər alınacaq

Bütün xəbərlər
Bu gün, 11:30

DİN ötən gün aşkarlanan silah-sursatların sayını açıqladı

İdman
Bu gün, 10:27

Lənkəranlı cüdoçu Polşada qızıl medal qazandı

Bütün xəbərlər
Bu gün, 09:37

Gömrükdə 100 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Bütün xəbərlər
Dünən, 18:03

Sabirabadlıların "limit"i bitdi: Həyat zülmətdə davam edəcək

Bütün xəbərlər
Dünən, 17:04

Lerikli Jony səsini itirdi: Bütün konsertlər ləğv edildi

Bütün xəbərlər
Dünən, 16:22

Səyyar "ASAN xidmət" Yardımlıda fəaliyyət göstərəcək

Kriminal
Dünən, 15:31

Lənkəranda mart qırğınları: 13 ağsaqqalı niyə doğradılar?

Bütün xəbərlər
Dünən, 14:41

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:33

Mayda 14 qeyri-iş günü olacaq

Bütün xəbərlər
Dünən, 12:30

İrandan Azərbaycana indiyədək 3146 nəfər təxliyə edilib

Bütün xəbərlər
Dünən, 11:33

3 aya 9 medal qazanan Ümmügülsüm məktəbə getmirmiş

Bütün xəbərlər
Dünən, 10:23

Cinayət törətməkdə şübhəli bilinən 37 nəfər saxlanıldı

Siyasət
Dünən, 09:31

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasındadır - "Global Terrorism Index 2026" açıqlandı

Siyasət
Dünən, 08:46

İlham Əliyevin sosial media hesablarında 31 Mart ilə bağlı paylaşım edilib

Siyasət
Dünən, 08:30

Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

Cəmiyyət
Dünən, 00:01

31 mart - Azərbaycanlıların Soyqırımı Günüdür

Cəmiyyət
30 mart 2026, 17:18

Vətən uğrunda canından keçən şəhidimizin xatirəsi anılır

Kriminal
30 mart 2026, 16:02

Yardımlı sakini "papağın mübarəkdir" deyən dostunu döydü

Oxşar xəbərlər