SON XƏBƏRLƏR

Astara dənizkənarı park-bulvar kompleksində 2-ci “Arşın mal alan” milli silsiləvi satış-sərgi yarmarkası keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 oktyabr tarixində verir.

Yarmarka 28 oktyabr saat 11:00-dan 19:00-dək davam edəcək. Ətraflı məlumat üçün: (+99451) 230-39-35.

Qeyd edək ki, yarmarka Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Kiçik və Orta Biznes Subyektləri Klublarının Assosiasiyası (KOBSKA), Xəzər Media Mərkəzi və “Maricel Astara Resort”un birgə təşkilatçılığı ilə keçiriləcək.