Lənkəran şəhərinin 2-ci mikrorayon ərazisində məişət tullantılarının vaxtında yığışdırılmaması sakinlərin narazılığına səbəb olub.
Cenublu.az xəbər verir ki, zibil qablarının dolması nəticəsində tullantılar ətrafa yayılıb və antisanitar vəziyyət yaranıb.
Vətəndaşların sözlərinə görə, tullantılar həftədə cəmi 2-3 dəfə ərazidən götürülür. Ərazidə yaşayanların sayının çox olması və zibil üçün ayrılan yerin kifayət qədər böyük olmaması vəziyyəti daha da çətinləşdirir.
Sakinlər ərazinin təmizlənməsini, zibil sahəsinin genişləndirilməsini və problemin nəzarətə götürülməsini istəyirlər.