Bu gün Vətən müharibəsi şəhidimiz Əflatun Fərəcovun doğum günüdür.
Əflatun Fərəcov 1999-cu il oktyabrın 7-də Lənkəran rayonunun Osakücə kəndində dünyaya göz açıb. Atası və anası Əflatun uşaq yaşında olarkən vəfat ediblər.
Azərbaycan Ordusunun əsgəri olan Əflatun Fərəcov Vətən müharibəsində könüllü atıcı olaraq iştirak edib. Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. O, Suqovuşan istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucalıb. Bir müddət sonra tapılan nəşi 2020-ci il noyabrın 20-də Lənkəran rayonunda torpağa tapşırılıb.
Ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.