Masallı rayonunun beş kəndində qaz təchizatı dayandırılacaq.
Cenublu.az xəbər verir ki, aşkar olunan qaz sızmasının aradan qaldırılması ilə əlaqədar oktyabrın 8-də saat 10:00-dan işlər yekunlaşanadək Masallı rayonunun Qəriblər, İsilər, Məmmədrzaküçə, Əzizabad və Qodman kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Qaz təchizatının işlər başa çatdıqdan sonra mümkün qədər tez bərpa olunması gözlənilir.