Lənkəranın Separadi kəndindən olan 1968-ci il təvəllüdlü Vahab Ramazan oğlu Quliyev Rusiya-Ukrayna müharibəsində PUA zərbəsi nəticəsində həlak olub.
Cenublu.az xəbər verir ki, həkim kimi hərbi xidmətə cəlb olunan Vahab Quliyev Kupyansk istiqamətində döyüşlər zamanı həyatını itirib. O, xidmət müddətində iki dəfə yaralanıb və müalicədən sonra yenidən döyüş bölgəsinə qayıdıb.
Qeyd edək ki, Vahab Quliyev məşhur "Nənələr" folklor klubunun üzvü olmuş Xanımbacı Quliyevanın oğludur. Xanımbacı Quliyeva ötən il iyunun 27-də vəfat edib.
Vahab Quliyev 30 ildən artıqdır Ukraynada yaşayırdı. Onun meyitinin Azərbaycana gətirilərək doğulduğu Separadi kəndində dəfn olunması üçün tədbirlər görülür.