Bakının Nizami rayonunda orta məktəblərdən birinin 9-cu sinfində təhsil alan şagird sinif yoldaşını bıçaqlayıb.
Cenublu.az xəbər verir ki, hadisə nəticəsində əslən Masallıdan olan şagird xəsarət nəticəsində ölüb.
Qətli törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.