top
Şəhid olmazdan üç gün əvvəl xanımı ilə halallaşıb - Ehtiram Hüseynlinin son FOTOSU
Bu gün, 13:05
- ↺ +

Şəhid olmazdan üç gün əvvəl xanımı ilə halallaşıb - Ehtiram Hüseynlinin son FOTOSU

Hər bir millətin şərəf tarixi yalnız qələbələrlə deyil, həm də həmin qələbəni öz canı və qanı bahasına ucaldan insanların adları ilə yazılır. Torpaqlarımızın hər qarışı uğrunda canından keçən şəhidlər Azərbaycan xalqının əbədi qürur mənbəyidir. Ehtiram Hüseynli də bu qəhrəmanlardan biridir.

Şəhidin həyat yoldaşı Vəfa Hüseynli saytımızın həmsöhbəti olub.

Vəfa xanım üçün ən yadda qalan tarixlərdən biri sentyabrın 21-dir. Həmin gün ailəsi ilə sonuncu dəfə vaxt keçirən Ehtiram Hüseynli sanki ürəyində nələrisə hiss edirmiş.

"Mebel almağa getmişdik. Evə gələndə sanki sonuncu dəfə baxırmış kimi bütün otaqları gəzdi. Birlikdə çəkdirdiyimiz son foto da həmin gün lentə alınmışdı".

Vəfa Hüseynli deyir ki, həyatında özünü ilk dəfə ən gücsüz hiss etdiyi an Ehtiramı müharibəyə yola saldığı gün olub:

"Mətbəxdə şirniyyat bişirirdim. Gördüm ki, Ehtiram ailə dostumuzla tələsik gəlir. Dedi ki, ona zəng gəlib, 1-2 saat vaxt veriblər.

O an dizlərim büküldü. Soruşdum ki, səni müharibəyə aparırlar? Dedi: "Ağlama, təlimə gedirəm".

Amma mən ağladım, yalvardım ki, getməsən olmaz? Bircə kəlmə dedi: "Vəfa, Vətən məni çağırır. Necə getməyim?!"

O, iki saat ərzində işlərini gördü, bizimlə sağollaşdı, anasını və övladımızı mənə tapşırdı və müharibəyə böyük həvəslə getdi".

Şəhid xanımının sözlərinə görə, Ehtiram tez-tez şəkillər çəkdirirmiş. Telefon danışıqlarında da səsi çox qürurlu gəlirmiş:

"Torpaqları geri aldıqca, çox sevinirdi. Zəng edib soruşurdu: "Gördünüz, televizorda göstərdilər? Torpaqlarımızı geri alırıq".

Bir gün telefonuma dayanmadan mesaj gəldi. Baxdım ki, Ehtiram şəkillərini göndərir.

Soruşdum ki, ay Ehtiram, bunları harada çəkdirirsən? Dedi ki, çoxlu şəkil çəkdirir ki, ondan xatirə qalsın. "Bu şəkilləri saxla, vaxtı çatanda ehtiyac olacaq", –söylədi.

Bu gün o şəkillərə baxıram. Son fotosu olduğunu bilmədən göndərdiyi şəkillər bu gün mənə təsəllidir. Şəkillərdə gözlərindəki o qürur, sevinc mənə çox şeyi izah edir. Ehtiram istədiyi uca zirvədədir".

Şəhid xanımın sözlərinə görə, Ehtiramın o vaxt nə demək istədiyini indi anlayır:

"Oktyabrın 20-si anamgildəydim. Mənə zəng etdi. Dedi ki, qardaşın Nizamini çağır. O an Nizami mənə heç nə deməsə də, sonradan danışanda bildim ki, bizi ona tapşırırmış. Deyib: "Ailəmdən muğayat ol, tək qoyma onları. Mən şəhid olacağam".

Şəhid olmasından üç gün əvvəl mənimlə danışdı, halallaşdı. Dedi ki, "mən şəhid olsam, ağlama. Dövlətimiz sənə çox yaxşı baxacaq".

Vəfa Hüseynli deyir ki, oktyabrın 28-də onların evliliklərinin 10 ili tamam olacaqdı. Ehtiram əvvəlki il həyat yoldaşına həmin gün üçün sürpriz edəcəyinə söz veribmiş. Lakin həmin tarixdə onun şəhidliyinin  artıq beşinci günü tamam olmuşdu. Şəhid xanımına Ehtiramdan yalnız xatirələr və çəkdirdiyi fotolar qalıb.

Vəfa Hüseynlinin sözlərinə görə, Ehtiram Hüseynli hər zaman Vətən eşqi ilə alışıb-yanırdı:

"Tanış olduğumuz gündən deyirdi ki, Qarabağda şəhid olacaq: "Sən də şəhid xanımı olacaqsan". 2016-cı ildə də döyüşlərdə iştirak etmək üçün adını könüllü yazdırmışdı.

Bizi Bakıda gəzməyə aparanda demişdi ki, öncə Şəhidlər Xiyabanına gedək".

Arayış: Ehtiram Hüseynli 1977-ci il aprelin 17-də Lənkəran şəhərində anadan olub. 1984-1994-cü illərdə Lənkəran şəhərində S.Kazımbəyov adına 6 nömrəli tam orta məktəbdə təhsil alıb. 1994-1998-ci illərdə Azərbaycan Pedaqoji Universitetində ali təhsilə yiyələnib.

2002-ci ildən Lənkəran şəhərində S.Kazımbəyov adına 6 nömrəli tam orta məktəbdə müəllim kimi əmək fəaliyyətinə başlayıb.

Ehtiram Hüseynli 2000-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ordubad rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2002-ci ildə leytenant rütbəsindən baş leytenant rütbəsinə yüksəlib.

Hərbi xidmətini başa vurduqdan sonra yenidən iş yerinə qayıdıb. 23 il Lənkəran şəhərindəki S.Kazımbəyov adına 6 nömrəli tam orta məktəbdə Gənclərin Çağırışaqədərki Hazırlığı fənnindən dərs deyib.

İkinci Qarabağ müharibəsi zamanı Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 21 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhidimizin nəşi oktyabrın 24-də doğulduğu Lənkəran şəhərinə gətirilərək Kiçik Bazar qəbiristanlığında torpağa tapşırılıb.

Ehtiram Hüseynli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "İgidliyə görə" medalları, həmçinin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ailəli idi. Bir oğlu yadigar qalıb.

Mənbə: Modern.az

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:20

Sabah leysan yağacaq - PROQNOZ

İqtisadiyyat
Bu gün, 13:45

DSMF: Ötən ay 179 mindən çox şəxs yaşa görə sosial müavinət alıb

Bütün xəbərlər
Bu gün, 12:30

Ötən yay Azərbaycanda son 10 ilin ən isti fəsillərindən olub - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 11:58

Lerikli şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 11:20

Azərbaycanda Həcc üçün müraciət edənlərin sayı AÇIQLANDI

Siyasət
Bu gün, 10:40

DYP sürücülərə müraciət etdi

Cəmiyyət
Bu gün, 10:17

Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırıb

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı Xalq artistinin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:11

Bəzi ərazilərə yağış yağıb - Faktiki hava

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Bütün xəbərlər
Dünən, 18:02

Saatlı sakini 10 illik dostunu gödəkçəyə görə döydü – Məhkəmə

Bütün xəbərlər
Dünən, 17:50

7 stomatoloq və 1 kosmetoloqun qanunsuz fəaliyyəti aşkarlandı

Bütün xəbərlər
Dünən, 17:10

AQTA sədri İmişlidə vətəndaşları qəbul edəcək

Cəmiyyət
Dünən, 17:08

Saatlıdan olan müəllim TOP-150-də 1-ci yerdədir

Bütün xəbərlər
Dünən, 16:40

Ötən həftə 1144,9 ha ərazi minalardan təmizlənib

Bütün xəbərlər
Dünən, 16:10

Sabah hava necə olacaq?

Cəmiyyət
Dünən, 15:40

Magistratura üzrə ödənişli əsaslarla qəbul olan 195 şəxs dövlət hesabına təhsil alacaq

Bütün xəbərlər
Dünən, 15:10

Azərbaycana narkotik gətirilməsinin qarşısı alındı

Bütün xəbərlər
Dünən, 14:30

Azərbaycanda 1500-dən çox şəxs orqan köçürülməsi üçün növbə gözləyir

İqtisadiyyat
Dünən, 13:55

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Dünən, 13:16

Bu gün Yer kürəsində başlayan təhlükəli proseslə bağlı XƏBƏRDARLIQ

İdman
Dünən, 12:45

Ata yeni doğulan körpəsini evə yox, stadiona apardı

Bütün xəbərlər
Dünən, 12:10

Səfərbərlik Xidmətində 122 əməkdaş cəzalandırıldı - RƏSMİ

Oxşar xəbərlər