Salyanda 33 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu sevgilisini döyüb, daha sonra qollarını dişləyib.
Hadisə rayonun qəsəbələrindən birində baş verib. 1993-cü il təvəllüdlü Ramal sevgilisi Səbinə ilə qısqanclıq zəminində mübahisə edib. O, qadının sifətinə bir neçə dəfə yumruqla, bədəninin müxtəlif nahiyələrinə isə yumruq və təpiklə zərbələr endirib. Səbinə özünü müdafiə edərək onu uzaqlaşdırmağa çalışarkən Ramal onun sağ və sol qollarını dişləyib.
Məhkəmədə təqsirini etiraf edən Ramal bildirib ki, mübahisəyə səbəb Səbinəni qısqanması olub.
Salyan Rayon Məhkəməsinin hökmü ilə o, 5 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Ramal daha əvvəl də eyni maddə ilə məhkum olunub və amnistiya qərarı ilə cəzadan azad edilib. Adlar şərtidir.
Mənbə: demokrat.az