top
Qızılbaşlı Adəm İzzət oğlu təxəllüsü ilə tanınan şair
19 yanvar 2023, 02:00
- +

Qızılbaşlı Adəm İzzət oğlu təxəllüsü ilə tanınan şair

Adəm İzzət oğlu Seyfullayev 30 sentyabr 1925-ci ildə Masallı rayonunun Şərəfə kəndində anadan olub. Seyfullayevin nəsli qızılbaşlarla bağlı olduğundan onu “Qızılbaşlı Adəm İzzət oğlu” adlandırırlar [2].

Seyfullayev Şərəfə kəndindəki yeddiillik məktəbi bitirdikdən sonra, 1940-cı ildə Lənkəran Pedaqoji Texnikumuna daxil olub [1,2].

O, Böyük Vətən müharibəsi iştirakçısı olub. 1942-ci ildə, 17 yaşı olarkən Adəm iki aylıq serjantlıq kursunu bitirdikdən sonra Buynakska (Dağıstan) hərbi hissəsinə yollanıb [2]. Lakin bir müddət sonra serjant ağır yaralandığından Bakı hərbi hospitalına müalicəyə göndərilib. Daha sonra isə Seyfullayev ordudan tərxis olunub [1].

Adəm Seyfullayev 1945-1950-ci illərdə Şərəfə və Şəmidxan (indiki Səmədxanlı) kəndlərində müəllim işləyib, eyni zamanda 1946-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində tarix müəllimi ixtisası üzrə qiyabi təhsil alıb [1,2]. Sonralar o, Rayon Partiya Komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri, 1953-cü ildən Şərəfə kənd məktəbinin direktoru kimi çalışıb. Adəm Seyfullayev 1957-ci ildə Şərəfə kəndində ilk orta məktəb açıb.

Seyfullayev 1964-1968-ci illərdə Masallı şəhər 2 saylı məktəbdə, daha sonra isə Masallı şəhər 3 saylı məktəbdə tarix müəllimi işləyib [1].

O, həmçinin şair kimi də tanınır. Yazıçının 1998-ci ildə “Qızılbaşlar” adlı ilk şeir kitabı, 1990-cı ildə isə “Xanbulanın təranəsi” poeması çap edilib [2].

Seyfullayev 1985-ci ildə gənc nəslin təlim və tərbiyəsində uğurlarına görə sovet hökuməti tərəfindən mükafata layiq görülüb.

30 sentyabr 2000-ci ildə Masallı şəhərində onun 75 illik yubiley tədbiri keçirilib. Masallı Rayon İcra Hakimiyyətinin Sərəncamı ilə Adəm Seyfullayevin 75 illiyi ilə bağlı “Qızılbaşlı Adəm İzzət oğlu” adlı buklet buraxılmışdır [2].

Ədəbiyyat:


  1. N.Ş.Məmmədova, S.Ş. Məmmədov. Şərəfə və onun layiqli övladları. Bakı-2002.

  2. Şamxəlil Məmmədov. Milli təhsilin fədailəri. Bakı-2004.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 15:49

Narkotiklə bağlı 3 nəfər saxlanılıb, 43 kq marixuana aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:44

Ölkədə 400 şəraitsiz məktəb var - Nazir müavini

Bütün xəbərlər
Dünən, 13:33

Sabah intensiv yağış yağacaq, şimşək çaxacaq

Bütün xəbərlər
Dünən, 12:20

Şəhid Mahmud Məlikovun doğum günüdür

Kriminal
Dünən, 11:22

Arvadı onu öpmək istədi, döydü

Kriminal
Dünən, 10:15

"Qarışıq meyvə qurusu" yükündə 112 kq-dan artıq narkotik vasitə aşkarlanıb

Bütün xəbərlər
Dünən, 09:17

Bu gün Cəlilabadda işıq olmayacaq

Bütün xəbərlər
02 aprel 2026, 17:44

Biləsuvarda sahibsiz it 10 yaşlı uşağı dişləyib

Bütün xəbərlər
02 aprel 2026, 16:33

Cənub bölgəsində külək güclənəcək - XƏBƏRDARLIQ

İqtisadiyyat
02 aprel 2026, 15:25

"Dairəvi Qala" 2 milyon manata bərpa olunacaq

Kriminal
02 aprel 2026, 14:28

Neftçalada ata onu döyən oğlunu bağışladı

Bütün xəbərlər
02 aprel 2026, 13:39

Sabah hava necə olacaq?

Bütün xəbərlər
02 aprel 2026, 12:45

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Bütün xəbərlər
02 aprel 2026, 11:48

Lənkəran sahillərində mazut tullantıları narahatlıq yaradır

Bütün xəbərlər
02 aprel 2026, 10:57

Qanunsuz saxlanılan silah-sursat aşkarlanıb

Bütün xəbərlər
02 aprel 2026, 10:00

Cəlilabadda ev yanıb, 85 yaşlı kişi ölüb - YENİLƏNİB

Bütün xəbərlər
02 aprel 2026, 09:04

Yardımlıda bəzi ərazilər müvəqqəti işıqsız qalacaq

Bütün xəbərlər
02 aprel 2026, 00:01

Aprel döyüşlərindən 9 il ötür

Bütün xəbərlər
01 aprel 2026, 16:57

Aprel ayının hava proqnozu açıqlanıb

Bütün xəbərlər
01 aprel 2026, 16:00

Sabahın hava proqnozu açıqlanıb

Bütün xəbərlər
01 aprel 2026, 15:07

Masallıda ev yanıb, baba və nəvə ölüb

İdman
01 aprel 2026, 14:10

Lənkəranlı pəhləvanlar Bakı çempionatında fərqləndilər

Bütün xəbərlər
01 aprel 2026, 13:13

İki aydır axtarılan 85 yaşlı kişi ölü tapılıb

İqtisadiyyat
01 aprel 2026, 12:22

Saatlıda bu şəxslər üçün yeni mənzillər alınacaq

Oxşar xəbərlər