Həzoba qalası Masallı şəhərindən 15 km cənub istiqamətində, Qəzvinoba kəndinin cənub-şərqində, Həzoba məhəllləsində yerləşib. Bu qala X əsrə aid edilir [2].
Tarixçi Fəyyaz Axundov Həzoba qalası ilə bağlı araşdırmalar aparıb. Həmin qalanın ətrafında orta əsrlərə aid qılınc, xəncər, mis qablar, daşdan düzəldilmiş qab və s. maddi-mədəniyyət nümunələri tapılmışdır. Burada, həmçinin orta əsrlərə aid su dəyirmanı da mövcuddur.
Tədqiqatçı Musarza Mirzəyev “Mənim Masallım” kitabında sovet dövründə qalanın dağıdılmasından bəhs edir: “Vaxtilə Teymurləng Ürkənç şəhərini dağıdıb, yerinə arpa əkdiyi kimi, ötən illərin təsərrüfat rəhbərləri də tariximizə qəsd edərək plan xatirinə qalanı dağıtmış, yerini əkin üçün şumlamışlar…” [1].
Həzoba qalasının qalıqları ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət tərəfindən qeydiyyata alınıb [2].
Ədəbiyyat: