Salyanda kişi arvadını döyüb.
Hadisə rayonun kəndlərindən birində qeydə alınıb.
43 yaşlı Şamil Atakişiyev yaşadıqları evdə arvadı Mənsurəyə şillə vurub. Qadının şikayəti əsasında Şamil barəsində müvafiq maddə ilə protokol tərtib olunub.
Şamilin sözlərinə görə, hadisə olan günü evə gələrkən birgə yeməkləri üçün balıq alıb. Həyat yoldaşına balığı təmizləyib bişirməyini deyib. Lakin Mənsurə ona kobud reaksiya verdiyi üçün tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı arvadının başına bir şillə vurub. O bildirib ki, həmin vaxt arvadının xəstə və qızdırmalı olduğunu bilsəydi, belə etməzdi. Hadisədən sonra qadın ata evinə gedib və geri qayıtmayıb. Şamilin sözlərinə görə, hazırda himayəsində 3 övladı və 80 yaşlı xəstə anası var.
Zərərçəkən qadın da hadisəni ərinin dediyi kimi danışıb. Onun sözlərinə görə, uşaqlarına özü baxa bilər. Mənsurə Atakişiyeva əri ilə barışmadığını deyərək, onun həbs edilməsini istəyib.
Məhkəmənin qərarı ilə Şamil 500 manat məbləğində inzibati qaydada cərimələnib.
Adlar şərtidir.
Mənbə: lent.az