Lənkəran Dövlət Dram Teatrında vətən sevgisi, qəhrəmanlıq və fədakarlıq mövzularına həsr olunan "Vətənə fəda olmuş sevgilər" adlı bədii kompozisiya nümayiş etdiriləcək.
Cenublu.az xəbər verir ki, tamaşaçılara təqdim olunacaq kompozisiyada Vətənə bağlılıq, qəhrəmanlıq və fədakarlıq hissləri səhnə dili ilə ifadə olunacaq.
Bədii kompozisiya oktyabrın 16-da saat 16:00-da Lənkəran Dövlət Dram Teatrında keçiriləcək. Tədbir vətənpərvərlik ruhunu əks etdirən səhnə təqdimatını izləmək istəyən hər kəs üçün nəzərdə tutulub.