Bu gün Vətən müharibəsi şəhidimiz – Heydər Qənbərzadənin doğum günüdür.
Heydər Ağahüseyn oğlu Qənbərzadə 1997-ci il oktyabrın 10-da Lənkəran rayonunun Cil kəndində dünyaya göz açıb.
Heydər Vətən müharibəsində iştirak edib. Füzuli və Hadrut döyüşlərində vuruşub. O, 2020-ci il noyabrın 9-da Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub.
"Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" medalları və III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.