Azərbaycanın bəzi yerlərdə arabir yağış və qar yağıb.
Cenublu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 10-u saat 10:00-a olan məlumatında qeyd edilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olub, şimşək çaxıb.
Respublikanın rayonlarında düşən yağıntının miqdarı: İmişlidə 10, Biləsuvar, Sabirabadda 5, Neftçala, Astara, Salyanda 1-4 mm-dir.
Saat 08:15-08:27 radələrində Yardımlı rayonunda güclü leysan yağışı ilə müşayiət olunan, diametri 18–20 mm olan dolu düşüb.