Lənkəran rayonunda doludan sonra yağan intensiv yağış və güclü külək bir sıra ərazilərdə fəsadlara səbəb olub.
Cenublu.az xəbər verir ki, səhər saat 09 radələrində rayonun bəzi kəndlərində və Liman şəhərində 4-5 dəqiqə davam edən dolu müşahidə olunub.
Güclü külək zamanı isə Vilvan kəndində ağaclar aşıb, evlərin dam örtüklərinə və həyətlərdəki tikililərə ziyan dəyib. Sakinlərin sözlərinə görə, ərazidə uzun müddətdir çürümüş ağaclar var və külək əsən zaman onların aşması təhlükəsi yaranır. Bildirilir ki, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət olunsa da, lazımi tədbirlər görülməyib.
Vətəndaşlar yaranmış vəziyyətin qarşısını almaq üçün təhlükəli ağacların yoxlanılmasını və vaxtında ərazidən götürülməsini istəyirlər.