top
Saatlıda qanunsuz balıq ovlayan 260 saat ictimai işlərə cəlb edildi
Bu gün, 16:15
- ↺ +

Saatlıda qanunsuz balıq ovlayan 260 saat ictimai işlərə cəlb edildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Saatlı rayonunda balıqovlama bileti olmadan qanunsuz balıq tutan şəxs barəsində məhkəmə hökmü çıxarılıb.

Hadisə Saatlı rayonunun Naharlı kəndi ərazisindən keçən Baş Mil-Muğan kollektorunda baş verib.

Məhkəmə hökmünə əsasən, Hacıqasımlı kənd sakini balıq tutmaq məqsədilə səhər saatlarında kollektorun sahilinə gəlib. O, kustar üsulla kəndir ipdən hazırlanmış tor vasitəsilə 47 ədəd çəki balığı ovlayıb.

Həmin vaxt ərazidə ekoloji cinayətlərin qarşısının alınması məqsədilə tədbir keçirən əməkdaşlar onu saxlayıblar. Yoxlama zamanı şəxsdən 47 ədəd çəki balığı və bir ədəd kustar üsulla hazırlanmış kəndir tor götürülüb.

Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs balıqovlama bileti olmadığını və balıqları təkbaşına tutduğunu etiraf edib. O, törətdiyi əməldən peşman olduğunu da bildirib.

Araşdırma nəticəsində qanunsuz ovlanan balıqların dövlətin balıq ehtiyatlarına vurduğu ziyanın 1034 manat olduğu müəyyən edilib. Məhkəmə bu məbləğin təqsirləndirilən şəxsdən tutularaq aidiyyəti quruma ödənilməsi barədə qərar verib.

Saatlı Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 256.1-ci maddəsi (balıq və digər su bioresurslarının qanunsuz tutulması nəticəsində xeyli miqdarda ziyan vurulması) ilə şəxsi təqsirli bilib. Məhkəmə onun himayəsində üç azyaşlı uşağının olmasını, əməlini etiraf edərək peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb.

Nəticədə təqsirləndirilən şəxsə 260 saat ictimai işlər cəzası təyin edilib. O, həmçinin ictimai işlərin yerinə yetirildiyi müddətdə elektron nəzarət vasitəsi daşımalı və onun işlək vəziyyətdə saxlanılmasını təmin etməlidir.

Mənbə: qaynarinfo.аz

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:35

Cari ilin 9 ayında Azərbaycanda 117 körpə vaxtından əvvəl doğulub

Mədəniyyət
Bu gün, 15:00

Lerikin ilk qadın aliminin faciəli taleyi

Bütün xəbərlər
Bu gün, 14:10

İbtidai sinif müəllimlərinin böyük qismi ali təhsilli deyil

Bütün xəbərlər
Bu gün, 13:30

Lənkəranda sahibsiz itlər sakinlərə hücum edir

Bütün xəbərlər
Bu gün, 12:50

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 12:15

Dövlət Xidmətinin Astara rayon şöbəsində insident - həbs olunan var

Bütün xəbərlər
Bu gün, 11:35

Masallılı şair qəzada dünyasını dəyişdi

Bütün xəbərlər
Bu gün, 11:00

Cəlilabadlının meyiti dostunun evində tapıldı

Bütün xəbərlər
Bu gün, 10:20

Xalq artisti Bilal Əliyevin 67 yaşı tamam olub

Bütün xəbərlər
Bu gün, 09:45

Astaralı şəhidimizin xatirəsi yad edilir

Bütün xəbərlər
Bu gün, 09:07

Cəlilabadda bələdiyyə sədri vəfat edib

İqtisadiyyat
Dünən, 17:50

Gələn il üçün yaşayış minimumu ölkə üzrə 314 manat olacaq

İqtisadiyyat
Dünən, 17:20

Gələn il minimum gəlir vergisi 5% olacaq

Bütün xəbərlər
Dünən, 16:45

Sabah cənub bölgəsində hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 16:05

Cəlilabadda saxta əlillik işi: 58 min manatlıq rüşvət

Bütün xəbərlər
Dünən, 15:30

Bu ilin 9 ayı ərzində yol-nəqliyyat hadisələrində 500 nəfər ölüb

Bütün xəbərlər
Dünən, 14:55

Salyanda Aqrar Biznes Festivalı keçiriləcək

Bütün xəbərlər
Dünən, 14:20

Astarada çəltik yığımı başa çatıb: 1092,9 ton məhsul əldə olunub

Bütün xəbərlər
Dünən, 13:53

Qazlaşdırılmayan kəndlərin sakinləri qış üçün odunu necə və haradan əldə edə bilərlər?

Kriminal
Dünən, 13:25

Neftçalada quldurluq edən iki nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 12:50

Vətən müharibəsi şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 12:10

İrandan Azərbaycana 50 kq narkotik keçirilməsinin qarşısı alınıb

Bütün xəbərlər
Dünən, 11:30

Səhiyyə naziri Lənkəranda vətəndaşları qəbul edəcək

Oxşar xəbərlər