Noyabrın 18-də gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Cenublu.az -a verilən məlumata görə, Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 15-19° isti, dağlıq ərazilərdə isə gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq.