Bu gün Vətən müharibəsi şəhidimiz – Səxavət Səttarovun xatirəsi yad edilir.
Səxavət Qüdrət oğlu Səttarov 2001-ci il iyunun 15-də Astara rayonunun Artupa kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Səxavət Vətən müharibəsində savaşıb. 2020-ci il noyabrında Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 2020-ci il noyabrın 18-də Artupa kəndində torpağa tapşırılıb.
Şəhidimiz "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları və III dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.