Lənkəran şəhərinin Mirhaşim Ağayev küçəsində sahibsiz itlərin yaratdığı problem sakinlərin narahatlığına səbəb olub.
Vətəndaşların Cenublu.az -a verdiyi məlumata görə, küçədə sürü halında gəzən sahibsiz itlər insanlara hücum edir, ərazidən keçənlərin təhlükəsizliyini təhdid altına alır. Xüsusilə piyadalar küçədə hərəkət edərkən ehtiyatlı davranmağa məcbur qalırlar.
Şikayətçilər aidiyyəti qurumlardan məsələyə diqqət yetirilməsini, sahibsiz itlərlə bağlı müvafiq tədbirlərin görülməsini və insanların təhlükəsizliyinin təmin olunmasını xahiş edirlər.
Məsələ ilə bağlı Lənkəran Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.