Bu gün Vətən müharibəsi şəhidi Elməddin İsmayıl oğlu Nəzərovun anım gündür.
Elməddin Nəzərov 1996-cı ildə noyabrın 22-də Masallı rayonunun Binə Xocavar kəndində anadan olub. Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Qubadlı döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan igidimiz 2020-ci il noyabrın 17-də torpağa tapşırılıb.
"Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.