Masallı rayonunda polis narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirib.
Bu barədə Cenublu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Tədbirlərlə saxlanılan E.Mirzəyevdən 7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.